Rəsmi Bakı Türkiyədə baş verən terror aktını pisləyib
Azərbaycan Xarici İşlər Nazirliyi Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasında baş verən terror aktını pisləyib.
BAKU.WS xəbər verir ki, XİN "X" sosial şəbəkəsində bununla bağlı paylaşım edib:
"Qardaş Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktını qətiyyətlə pisləyirik! Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!", - paylaşımda deyilir.
Qardaş #Türkiyə|də Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (@TUSAS_TR) törədilmiş terror aktını qətiyyətlə pisləyirik!
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) October 23, 2024
Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! 🇹🇷
Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!@MFATurkiye
Oxşar xəbərlər
Ombudsman Ciddədə İƏT MDİHK-nin 24-cü sessiyası çərçivəsində tematik müzakirələrdə iştirak edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva noyabrın 24-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkda...