Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin daxili İşlər naziri Ali Yerlikayaya və Jandarma Baş Komandanı ordu generalı Ali Çardakcıya başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, başsağlığında deyilir:
"Tunceli vilayətində qardaş Türkiyə Respublikasının Jandarma Baş Komandanlığına məxsus nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların şəhid olması xəbəri məni çox kədərləndirdi. Sizin acınız bizim də acımızdır.
Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, onlara Allahdan səbir, yaralı hərbi qulluqçumuza şəfa diləyirəm.
Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin".
Oxşar xəbərlər
Qərbin COP29 qərəzi və biganəliyi
Azərbaycanın paytaxtı Bakıda noyabrın 11-dən start götürən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)...