Yol polisindən qaçan motosiklet sürücüsü ilə bağlı DYP-dən AÇIQLAMA
Polisin qanuni tələbinə əməl etməyən sürücü barəsində qanunamüvafiq tədbir görülüb.
Bu sözləri BAKU.WS-in sorğusuna cavab olaraq Bakı Şəhər DYP İdarəsinin baş inspektoru Rüstəm Əhmədli bildirib.
İdarə rəsmisi əlavə edib ki, videogörüntü bir müddət əvvəl qeydə alınıb.
***11:31
Bakıda motosiklet sürücüsü polisə tabe olmayıb və yüksək sürətlə ərazidən uzaqlaşıb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Kadrlardan görünür ki, Dövlət Yol Polisi əməkdaşı yol hərəkəti qaydalarını pozan motosikleti saxlatmağa çalışır. Lakin sürücü bu tələbi yerinə yetirmir və saatda 160 km sürətlə hadisə yerindən qaçır.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakı-Qazax yolunda avtoxuliqanlıq edən sürücü həbs olunub
Magistral yolda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib. Goranboy rayon sakini Qasımov Yusif Elşad oğlu idarə et...