Türkiyə vətəndaşı olan TIR sürücüsü Bakı-Quba yolunda ölüb
16
sen
2024
09:34
Bakı-Quba yolunda TIR sürücüsü olan türk vətəndaşı sükan arxasında ölüb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində qeydə alınıb.
Türk vətəndaşı olan 1966-cı il təvəllüdlü Orhan Yıldırım Kazım oğlu yük maşını hərəkətdə olarkən vəziyyəti pisləşib.
Sürücü yük avtomobilini saxladıqdan sonra ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Salyanda 4 yaşlı uşağı əqrəb sancıb
Salyan rayonunda 4 yaşlı uşağı əqrəb sancıb. "Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 201...