Prokurorluq əməkdaşı yol qəzasında həlak oldu
08
sen
2024
09:40
Beyləqan rayonunda ağır yol qəzası olub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Beyləqan-Daşburun yolunda baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü Nazim Habil oğlu Rzayevin idarə etdiyi "KİA Optima" markalı avtomobil aşıb.
Sürücü aldığı xəsarətlərdən vəfat edib. Məlumata görə, qəzada vəfat edən Nazim Rzayev Şəmkir rayon sakinidir. O, Beyləqan rayon prokurorunun köməkçisi vəzifəsində çalışırmış.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda avtomobil motosikleti vurub
Bu gün axşam saatlarında Bakının Binəqədi rayonunda avtomobil motosikleti vurub. APA xəbər verir ki, hadisə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi, "Elit"...