Metroda sərnişin stansiya yoluna düşdü, həyatını itirdi

Metroda sərnişin stansiya yoluna düşdü, həyatını itirdi
Hadisə 483

Metronun "28 May" stansiyasında bir nəfər qatar yoluna düşüb.

BAKU.WS xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, qatarın maşinisti dərhal əyləci sıxıb:

"Yüksək gərginlik çıxarılıb. Stansiya yoluna düşən sərnişin həyatını itirib.

Qatarların hərəkətində ümumilikdə 17 dəqiqə yubanma qeydə alınıb".

Son xəbərlər