Həftəsonu ölkə ərazisində 51 kiloqram narkotik aşkarlanıb

Həftəsonu ölkə ərazisində 51 kiloqram narkotik aşkarlanıb
Hadisə 20

Polis əməkdaşları sentyabrın 14-də və 15-də ölkə ərazisində 51 kiloqram narkotik vasitə aşkar edərək götürüblər.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 6,2 kiloqramdan artıq heroin, 34 kiloqrama yaxın marixuana, 7,3 kiloqramdan çox tiryək, 3,1 kiloqrama yaxın metamfetamin, həmçinin 1600 ədəd metadon həbi və 59 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu olub.

Oxşar xəbərlər

Salyanda 4 yaşlı uşağı əqrəb sancıb

Salyanda 4 yaşlı uşağı əqrəb sancıb

Salyan rayonunda 4 yaşlı uşağı əqrəb sancıb. "Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 201...

22 Hadisə 23:47 19 sentyabr 2024

Son xəbərlər