"Formula 1" üzrə Azərbaycan Qran-Prisinə saxta bilet satan şəxs saxlanılıb

Formula 1 üzrə Azərbaycan Qran-Prisinə saxta bilet satan şəxs saxlanılıb
Video
Hadisə 87

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları "Formula 1" üzrə Azərbaycan Qran-Prisi yarışlarına saxta biletlər hazırlayaraq satışını təşkil edən əvvəllər məhkum olunmuş Elmar İsrafilovu saxlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Müəyyən edilib ki, bu şəxs "Instagram" sosial şəbəkəsində yaratdığı profillərdə onlayn qaydada məlumatları dəyişdirilmiş saxta biletlər yerləşdirərək satışı ilə məşğul olub.

E.İsrafilov bu yolla 30 nəfərdən artıq şəxsə saxta bilet sataraq maddi gəlir əldə edib. Aparılan əməliyyat-texniki tədbirlər zamanı saxlanılan şəxsin törətdiyi hüquqazidd əməllər tam sübuta yetirilib.

Faktla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.

DİN "Formula 1" üzrə Azərbaycan Qran-Prisi"ni canlı izləmək istəyən şəxslərə biletləri yalnız yarışın rəsmi internet ünvanı, digər partnyor sayt və satış məntəqələrindən əldə etmələrini tövsiyə edib.

Oxşar xəbərlər

Sumqayıtda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi

Sumqayıtda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi

Sumqayıtda yaşayış binasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasını...

77 Hadisə 22:44 14 dekabr 2024

Son xəbərlər