Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var
03
okt
2024
09:02
Bakıda məktəbdə bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, 71 saylı orta məktəbdə qeydə alınıb.
Belə ki, məktəbin 10-cu sinif şagirdləri olan 2008-ci il təvəllüdlü A.S (şərtidir) D. N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi il cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Metroda sərnişin stansiya yoluna düşdü, həyatını itirdi
Metronun "28 May" stansiyasında bir nəfər qatar yoluna düşüb. BAKU.WS xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar...