Bakıda gənc oğlan bıçaqlanıb
Oktyabrın 14-də saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində 1998-ci il təvəllüdlü Emil Kazımlının və 1996-cı il təvəllüdlü Vasif Məmmədovun aralarında yaranmış münaqişə zəminində bir-birilərinə qarşılıqlı xəsarətlər yetirmələri, nəticə xəstəxanaya yerləşdirilmələri barədə polisə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.
DİN rəsmisi əlavə edib ki, hadisə ilə bağlı ərazi polis orqanında araşdırma aparılır.
***08:53
Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaq xəsarətləri alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
1998-ci il təvəllüdlü Kazımlı Emil Emin oğlu dava zamanı bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.
Oxşar xəbərlər
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib
Məmmədov Qəhrəman Şamil oğlu barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. "Report"un xəbərinə görə, müəyyən edilib ki, Məmmədo...