Bakıda əks yola çıxaraq təhlükə saçan avtomobilin sürücünün kimliyi MƏLUM OLDU
"Günəşli qəsəbəsində qarşı yola çıxaraq təhlükə yaradan sürücünün kimliyi təsbit edilib".
BAKU.WS xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib.
O qeyd edib ki, "Hyundai" markalı 90-LT-708 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Mübariz Məmmədov aşkarlanaraq barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.4-cü maddəsinə əsasən protokol tərtib edilib.
Qeyd edək ki, Bakıda, Günəşli qəsəbəsi, İlqar Musayev küçəsində əks yola çıxan avtomobil təhlükə yaradıb. Belə ki, "Hyundai Accent" markalı avtomobilin sürücüsü digər hərəkət iştirakçılarının həyatını heçə sayaraq nəqliyyat vasitəsini əks istiqamətdə sürüb. Bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Oxşar xəbərlər
Ərə getmək arzusu baha başa gəldi - "WhatsApp"la 22 min manatını ələ keçirdilər
Naftalanda "WhatsApp" vasitəsi ilə fala baxan şəxs qadının 22 min manatını ələ keçirib. BAKU.WS qaynarinfo-ya istinadən xəbər verir ki, 1997-ci ildə Goranboy r...