Bakı-Sumqayıt yolunda yanğın söndürülüb

Bakı-Sumqayıt yolunda yanğın söndürülüb
Hadisə 91

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı-Sumqayıt yolunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bu barədə BAKU.WS-ə FHN-nin mətbuat xidmətindən bildirilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğının genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***14:46

Bakı-Sumqayıt magistralında yolkənarı sahədə yanğın başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə yolun Ceyranbatan su anbarının yaxınlığından keçən hissəsində, açıq ərazidə baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

Oxşar xəbərlər

Salyanda 4 yaşlı uşağı əqrəb sancıb

Salyanda 4 yaşlı uşağı əqrəb sancıb

Salyan rayonunda 4 yaşlı uşağı əqrəb sancıb. "Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 201...

41 Hadisə 23:47 19 sentyabr 2024

Son xəbərlər