Metroda yaranan fasilənin səbəbi AÇIQLANDI

Metroda yaranan fasilənin səbəbi AÇIQLANDI
Hadisə 312

Bakı metrosunda yaranan fasilənin səbəbi açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama verib.

"Ötən ilin ilk tədris günü ilə müqayisədə sərnişin həddən artıq çoxdur. Hansı nasazlıqdan danışıldığını bilmirəm. Sadəcə, səhər pik saatlar başlayana qədər qatarların biri depoya getməli, digəri depodan çıxmalıdır. Qatar "Nərimanov" metrosundan elektrik deposuna gedəndə və əks istiqamətdən qayıdanda "Ulduz" - "Həzi Aslanov" istiqamətində iki dəfə artıq interval yaranır. Üstəlik, qapıların saxlanılması və sərnişin sıxlığını nəzərə alsaq, qısamüddətli gecikmələr mümkündür. Ancaq bu gecikmələr dərhal aradan qaldırılır. Başqa bir texniki problem yoxdur", - deyə B.Məmmədov bildirib.

***09.36

Bu gün Bakı metrosunun fəaliyyətində fasilə yaranıb.

Bu üzdən "Həzi Aslanov" - "İçərişəhər" istiqamətində hərəkət edən qatar metronun "Ulduz" istiqamətində 6 dəqiqə gözləməli olub.

Yenisabah.az xəbər verir ki, hərəkətin dayanmasına səbəb metro qatarında yaranan nasazlıq olub.

Metropoliten rəsmilərinin hadisə ilə bağlı açıqlama verəcəyi gözlənilir.

Oxşar xəbərlər

Salyanda 4 yaşlı uşağı əqrəb sancıb

Salyanda 4 yaşlı uşağı əqrəb sancıb

Salyan rayonunda 4 yaşlı uşağı əqrəb sancıb. "Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 201...

26 Hadisə 23:47 19 sentyabr 2024

Son xəbərlər