Rusiyada tanınmış azərbaycanlı hüquqşünas Elman Paşayev saxlanılıb
Rusiyanın paytaxtı Moskvada tanınmış azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayev dələduzluq işi üzrə saxlanılıb. O, Aleksey və Yelena Blinovskiləri pul müqabilində vergidən yayınma ittihamı ilə cinayət məsuliyyətindən azad edəcəyinə söz verib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko danışıb.
İstintaq Komitəsinin hərbi istintaq orqanları keçmiş vəkil Elman Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi (xüsusilə külli miqdarda dələduzluq) üzrə cinayət işi açıb.
İstintaq müəyyən edib ki, 2024-cü ilin fevralında Paşayev Moskvada Aleksey Blinovski ilə şəxsi görüşü zamanı onu inandırıb ki, böyük pul mükafatı müqabilində Blinovski və arvadı Yelenanı əvvəllər açılmış vergidən yayınma işi üzrə cinayət məsuliyyətindən azad edə bilər. Paşayev Blinovskidən pul alıb.
Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir. Paşayev bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisədə təqsirli bilinən Mixail Yefremovun vəkili kimi şöhrət qazanıb. Onun sonradan vəkil statusu əlindən alınıb.
Oxşar xəbərlər
Zelenski Rütte ilə Rusiya, İran və Şimali Koreyanın "yaratdığı qlobal riskləri" müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rütte ilə Rusiya, İran və Koreya Xalq Demokratik Respublikasının (KXDR) "yaratdığı qlobal risklər...