Rusiyada həbs edilən azərbaycanlı vəkilə daha bir cəza verilə bilər

Rusiyada həbs edilən azərbaycanlı vəkilə daha bir cəza verilə bilər
Dünya 61

Hazırda dələduzluq ittihamı ilə Rusiyada həbsdə olan azərbaycanlı vəkil Elman Paşayev həbs olunmazdan əvvəl hərbi hissəni tərk edərək Moskvaya gəldiyi üçün onu intizam tənbehi və ya ordudan qovulma gözləyir.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, o, beşinci briqadada xidmət edib. Bununla belə, həmkarları məşhur vəkili uzun müddətdir görmədiklərini bildiriblər.

Bildirilir ki, hazırda aktiv döyüşlər səbəbindən heç kimə məzuniyyət verilmir. Moskvaya getməyin yeganə yolu isə iş səfəridir, lakin hərbçilərin heç biri Paşayevə belə səfərə icazə verilməsi haqqında heç nə eşitməyib.

Son xəbərlər