İranda 5,2 maqnitudalı zəlzələ olub, 28 nəfər xəsarət alıb

İranda 5,2 maqnitudalı zəlzələ olub, 28 nəfər xəsarət alıb
Dünya 37

İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ nəticəsində 28 nəfər xəsarət alıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Zəlzələ zamanı stresslə əlaqədar 10 nəfərə isə yerində lazımi dəstək verilib

***17:27

İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ olub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 16.13 radələrində Bocnurd şəhərində qeydə alınan zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, bu gün səhər İranın Şimali Xorosan ostanında 4,7 və 4,1 maqnitudalı zəlzələ olub. Zəlzələ kiçik dağıntılara yol açıb, 7 nəfər yüngül xəsarət alıb.

Son xəbərlər