Ankarada TUSAŞ şirkətinin binası yaxınlığında partlayış baş verib
23
okt
2024
17:34
Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında partlayış baş verib və silah səsləri eşidilib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Ali Yerlikaya şəhid və yaralıların olduğunu bildirilib.
Partlayışın səbəbləri hələlik məlum deyil.
Sözügedən hadisə ilə bağlı kamikadze hücumu və terror hücumu iddiaları gündəmə gəlib.
Oxşar xəbərlər
Türkiyədə terror: Ölənlərin sayı artıb
Türkiyənin paytaxtı Ankarada TUSAŞ-ın istehsal obyektində baş verən terror aktı nəticəsində ölənlərin sayı beşə çatıb, 22 nəfər yaralanıb. Bu barədə Türkiyə Dax...