Metapnevmo virus xüsusilə uşaqlar və yaşlılar üçün təhlükəlidir
İ.M. Meçnikov adına Vaksinlər və Serumlar Elmi-Tədqiqat İnstitutunun elmi rəhbəri, Rusiya Elmlər Akademiyasının akademiki Vitali Zverev "Parlament Qəzeti"nə verdiyi müsahibədə Çin metapnevmo virusunun xüsusilə yaşlı insanlar və bir yaşdan kiçik uşaqlar üçün təhlükəli ola biləcəyini bildirib.
BAKU.WS qəzetə istinadən xəbər verir ki, Zverev qeyd edib ki, hazırda bu virusun, eləcə də qripdən başqa digər kəskin respirator virus infeksiyalarının xüsusi müalicəsi yoxdur. "Sadəcə simptomatik müalicə tətbiq edilə bilər", - deyə alim vurğulayıb.
Rusiyanın Səhiyyə Nazirliyinin infeksion xəstəliklər üzrə baş mütəxəssisi professor Vladimir Çulanov isə metapnevmo virusunun əsas simptomlarının yüksək hərarət, burun axıntısı, öskürək, burun tutulması, nəfəs darlığı və səs xırıltısı olduğunu bildirib. Onun sözlərinə görə, bu virus ən çox yaşlı insanlar və 4 yaşa qədər uşaqlarda ağırlaşmalara səbəb olur.
Oxşar xəbərlər
Bu sexin un məmulatlarını almayın
Naxçıvanda fəaliyyət göstərən "Azcake" MMC-nin un məmulatları istehsalı sexində ciddi nöqsanlar aşkarlanıb. Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar...