SİZİN REKLAM BURADA!
055 213 76 73



"Mitsubishi" şirkəti Rusiyada 145 minə yaxın avtomobili geri çağırıb.

BAKU.WS-in məlumatına görə, bu qərar avtomobillərin əyləc sistemində qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2012-ci ilin dekabrından 2016-cı ilin sentyabrınadək satılmış “Outlander", "Outlander PHEV" və ASX modellərinə şamil olunur.

Bildirilir ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

BAKU.WS