SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İyun ayının 6-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. 
 
BAKU.WS-in məlumatına görə, satışa çıxarılan nəqliyyat vasitələri arasında "Meredes Benz", QAZ və BMW avtomobilləri var. 
 
Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün: notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
 
Şahin Həbibov
BAKU.WS 


Balanssaxlayıcı müəssisənin adı

Avtonəqliyyat vasitəsinin markası

 Buraxılış ili

Start qiyməti

(manatla)

 10% beh

(manatla)

1.

Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

Meredes Benz E 240

2005

7200

720

2.

Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

BMW 320

2007

5500

550

3.

Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

QAZ-31105

2008

2000

200

4.

Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

QAZ-31105

2008

2000

200

 
 
 Meredes Benz E 240 - 7200 AZN

 

 

 

 

QAZ-31105 - 2000 AZN 

 

 

BMW 320 - 5500 AZN 

 

 

QAZ-31105 - 2000 AZN