055 213 76 73
ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq başlayan bağlı nümayişlər səngimək bilmir.
BAKU.WS xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, ABŞ-ın 40-dan çox şəhərində keçirilən aksiyalar kütləvi iğtişaşlar və qarşıdurmalarla nəticələnib.
Son məlumata görə, Milli Qvardiya və polis qüvvələri bu günə qədər 10 min etirazçını saxlayıb.
Polislə şiddətli qarşıdurmalar Hyuston, Los-Anceles və Nyu-York şəhərlərində qeydə alınıb.
ABŞ rəhbərliyi paytaxt Vaşinqton və digər ştatlara ordu qüvvələrini yeridib.
BAKU.WS
VİDEO