VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Minnesota ştatında qaradərili Corc Floydun polis zorakılığı nəticəsində ölümündən sonra nümayişlər davam edir. ABŞ mediasının yazdığına əsasən, polis ilk dəfə Ağ Evin qarşısındakı izdihama müdaxilə edib.

BAKU.WS xəbər verir ki, qaradərili Corc Floydun ölümündən sonra ABŞ-ın 30 şəhərində kütləvi iğtişaşlar və polis qüvvələri ilə qarşıdurmalar qeydə alınıb.

Etirazçıların Ağ Evin qarşısındakı dəmir barrikadaları yıxdığı anlarla bağlı iddia da ortaya atılıb. CNN televiziyası Ağ Ev rəsmisinə istinadən xəbər verib ki, Donald Tramp bu səbəbdən sığınacağa aparılıb.

ABŞ prezidenti ilə yanaşı həyat yoldaşı Melaniya və gənc oğlu Barron da sığınacağa yerləşdirilib və onlar bir saat orada qalıblar.

Qeyd edək ki, cümə günündən bəri ilk dəfə Ağ Evin qarşısındakı Lafayatte Parkında toplaşmağa başlayan etirazçılara müdaxilə etməyən polis saat 05:00 radələrində gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib.

"Anadolu" agentliyi yazır ki, ən azı 40 şəhərdə, o cümlədən Vaşinqton, Atlanta, Çikaqo, Denver, Los Anceles, Seattle və San Fransisko kimi böyük şəhərlərdə komendant saatları elan edilib, Milli Qvardiya qoşunları isə bazar günündən etibarən etiraz aksiyalarına müdaxilə üçün 15 ştatda yenidən xidmətə başlayıb.

BAKU.WS
VİDEO

QALEREYA