SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Samara şəhərində morqda koronavirusdan ölənlərin görüntüləri yayılıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, görüntüləri məşhur model Olqa Kaqarlitskaya yayıb. O Covid-19-dan ölən atası Qennadi Kaqarlitskinin cənazəsini götürmək üçün morqa gedib.

Model morqdan dəhşət saçan görüntüləri öz “İnstagram” hesabına yerləşdirib. O bildirib ki, Samarada sözügedən epidemiyadan ölənlərin sayı rəsmi olaraq 7 nəfər göstərilsə də, morqda 50-dən çox insanın meyiti var.

Qeyd edək ki, 2005-ci ildə "Miss Samara Gözəli" seçilən Olqanın atası həkim imiş. O, Təcili Tibbi Yardımda işlədiyi üçün koronavirusa yoluxub.

BAKU.WS
VİDEO