SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəzər TV-də həftə içi hər gün yayımlanan "Səni axtarıram" verlişinə müraciyyət edən rusiya vətəndaşı 30 yaşlı Zalina atası Adil İsmayılovun axtarışına çıxıb.

BAKU.WS xəbər verir ki, Zalinanın anası Olqa Adil ilə 1988-i ildə Qazaxstanda tanış olublar. Olqa Adildən 4 aylıq hamilə olanda onun atası məcburi oğlunu Azərbaycana aparır. Adil isə gedərkən Olqaya söyləyir ki, mən 2 həftədən sonra geri dönəcəm. Amma öz vədinə Adil xilaf çıxır. 1989-cu ildə Olqanın Zalina adlı qızı dünyaya gəlir. Olqa ilə Adil bir-birinin izlərini itirillər. Adil isə Azərbaycana gələr-gəlməz ailə həyatı qurur. 

Ən maraqlı məqanlardan birisi isə verlişə Olqanın sevgilisi və qızı Zalina ilə birlikdə qatılması olub. 30 ildən sonra qızı ilə arvadının görüşünə gələn Adil proqrama tək gəlməyib. O indiki həyat yoldaşı və bacısı ilə birlikdə studiyaya çıxıb. 

Öncə qızı Zalina daha sonra birinci arvadı Olqa ilə görüşən Adil daha sonra verlişin aparıcı Xoşqədəm Baxşəliyevanın dəvəti ilə onun həyat yoldaşı və bacısı efirə çıxıb.

Mehriban şəkildə bir-biri ilə görüşən hər iki ailənin kövrək görüşünü sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS