055 213 76 73
Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır.
BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Yayılan məlumata görə, bir gündə 2413 erməni COVİD-19 virusuna yoluxub. Virusdan 28 nəfər dünyasını dəyişib.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 99563-ə yüksəlib. Ümumilikdə Ermənistanda 1476 nəfər virusdan ölüb.
Hazırda Ermənistanda 37562 aktiv koronavirus xəstəsi var.
BAKU.WS