SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

BAKU.WS-ə bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi,  hərbi və digər döyüş texnikası məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

-    230-dək tank və digər zirehli texnika;

-    250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

-    38 ədəd hava hücumundan müdafiə vasitələri;

-    10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

-    7 silah-sursat anbarı;

-    130-dan artıq avtomobil texnikası;

-    1 ədəd “S-300” zenit-raket kompleksi.

BAKU.WS