SİZİN REKLAM BURADA!
055 213 76 73


TƏBİB-in V.Y.Axundov adına Elmi-Tədqiqat Profilaktika İnstitutunda yeni təyinat olub. 
Qurumdan BAKU.WS-ə verilən məlumata görə, Akif İrzaxan oğlu Qurbanov elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib. Tibb üzrə elmlər doktoru, professor Akif Qurbanov Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 13 iyun tarixli Sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülmüşdür.
Bundan öncə 2005-2011 Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti, 2012-2019-cu illərdə Azərbaycan Tibb Universiteti, Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri olaraq çalışmışdır.
Eyni zamanda Azərbaycan Tibb Universiteti, Elmi Tədqiqat Tədris-Klinik Mikrobioloji Laboratoriya həkimi, Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının professoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərir.
BAKU.WS