SİZİN REKLAM BURADA!
055 213 76 73


Saatlı rayonunun Mustafabəyli kəndində ümumi sahəsi 236 kvm olan birmərtəbəli evin yanar konstruksiyaları 156 kvm sahədə və dam örtüyü yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS