SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın Sevr Müqaviləsinin imzalanmasının 100 illiyində bu mövzunu yenidən gündəmə gətirməsi Türkiyənin sərt reaksiyasına səbəb olub.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, məsələylə bağlı Türkiyə hökuməti sərt açıqlama verib.

"Ermənistan hakimiyyətinin təcavüzkar milliyyətçi siyasətlərindən əl çəkərək ağıllarını başlarına alma vaxtı çatıb. Sevr sazişi bəhanəsi Ermənistanın növbəti təxribatıdır", - deyə sözügedən bəyənnamədə vurğulanıb.

Türkiyə XİN-in mövqeyində bildirilib ki, 10 avqust 1920-ci il Sevr sazişi işğalçı və dağıdıcı xarakterli olduğu üçün qüvvəsini itirib:

"Bu saziş vətənimizi parçalayaraq müstəqilliyimizə və hakimiyyətimizə son qoymağa çalışan məhvə məhkum bir ibrət vəsiqəsidir. Qəhrəman türk millətinin torpaqlarının mübarizəsi üçün apardığı Qurtuluş savaşındakı qələbəsindən sonra 1923-cü il iyulun 24-də qəbul edilən Lozan Sazişi Sevr Sazişini qüvvədən salaraq tarixə gömüb.

Aradan keçən bir əsrə rəğmən Ermənistanın qüvvədən düşmüş bir sənəddən mədət umması təəccüblü deyil. Bu gün öz xalqının qayğısını çəkməkdə aciz qalan Ermənistan iqtidarının 100 il sonra Türk millətinin cırıb atdığı Sevr sazişini gündəmə gətirməsi absurddur”.

Bəyənatda həmçinin o da qeyd olunub ki, Azərbaycan torpaqlarını illərdir qeyri-qanuni şəkildə zəbt etmiş Ermənistan bölgədəki sülh və istiqrarın önündəki ən böyük əngəldir.

BAKU.WS
VİDEO