SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.

Aksiya iştirakçılarının BAKU.WS-ə verdiyi məlumata görə, əvvəlcə Vaşinqtonda Konqres binasının qarşısında dinc aksiya keçirilib, orada heç bir şüar səsləndirilməyib.

Daha sonra Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısına toplaşan soydaşlarımız "Qarabağ" şüarları səsləndirib. 

Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında keçirilən aksiyada Amerikada, xüsusilə də Nyu-York və Bostonda yaşayan azərbaycanlı fəallar iştirak edib.

Gənclərin təşkilatçılığı ilə baş tutan aksiyada 150-dən çox həmyerlimiz iştirak edib.

BAKU.WS
VİDEO

QALEREYA