SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında aksiya keçirilir.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, Gürcüstan azərbaycanlılarının təşkil etdiyi aksiya Azərbaycana dəstək məqsədi daşıyır.

Aksiyada son günlər Ermənistanın Azərbaycana qarşı törətdiyi hücumlar və təxribatlar pislənilib.

Soydaşlarımız Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildiriblər. Onlar Ermənistanı təcavüzə və təxribatçı əməllərə son qoymağa çağırıblar.

Dəstək aksiyasına Azərbaycanla sərhədə yaxın kəndlər və Gürcüstanın digər bölgələrindən olan azərbaycanlılar qatılıblar.

BAKU.WS