SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın bir sıra iri şəhər və rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimində kommunal xidmətlə bağlı vətəndaşların problemlərinin həlli mexanizmi müəyyənləşib.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“İşıq, qaz və suyun, hər hansı bir sayğacı bloka düşərsə, yaxud vətəndaş ödəmə etməyi unudubsa, bu zaman kommunal xidmətlə bir kəsinti yaranıbsa, vətəndaşlar qaz, su və işıq üçün ayrılan “qaynar xətt”ə düşə bilmirlərsə, bu zaman alternativ olaraq 108-ə zəng vuracaqlar.

Biz bu məlumatları əldə edib, lazımi təşkilatın əlaqələndirici şəxslərinə ötürəcəyik. Eyni zamanda 103 xidmətinə düşə bilmirlərsə, 108-ə zəng vurub, məlumat verə bilərlər”, - deyə Ülvi Mehdiyev bildirib.

BAKU.WS
VİDEO