SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin iyunun 5-də keçiriləcək növbədənkənar iclasının gündəliyi məlum olub.

BAKU.WS-in məlumatına görə, iclasına gündəliyinə 4 məsələ daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

- "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin ediliməsi haqqında";

- "Azərbaycan Resupblikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə" qanun layihəsi (birinci oxunuş);

- "Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikası qanununda dəyişiklik ediləməsi barədə" qanun layihəsi (birinci oxunuş);

- "Azərbaycan Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi (birinci oxunuş).

BAKU.WS