SİZİN REKLAM BURADA!
055 213 76 73


Göygöldə evdə partlayış baş verib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırıxlı kəndində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Əliyeva Fəridə Məhəmmədəli qızı hər iki ayağın, əlin və sifətin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib. Müayinə zamanı qadına 2 dərəcəli termiki yanıq diaqnozu qoyulub.

Məlumata görə, hadisə qadının yaşadığı evin vanna otağında baş verib. Partlayışa səbəb qaz sızması olub.

Fakt araşdırılır.

BAKU.WS