SİZİN REKLAM BURADA!
055 213 76 73


"Türkiyədə son sutkada daha 89 nəfər pandemiyanın qurbanı olub”.

BAKU.WS-in məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 081 nəfərə çatıb.

Nazir həmçinin daha 2 936 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 117 589-a yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 44 022 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

BAKU.WS