SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Manaf Ağayev də aztəminatlı ailələrə yardım edən məşhurlar sırasındadır.

BAKU.WS xəbər verir ki, ifaçı son 2 gün ərzində 100 ailəyə ərzaq və ət yardımı edib.

"Mən bunu hamıya edə bilmirəm. Ərzaq dolu 100 qutudur və 100 kilo ətdir. Dünən 50-sini paylamışam, bu gün 50-sini paylayıram. İndi də görürəm adam çoxdur, özüm vicdan əzabı çəkirəm (səsi titrəyir və ağlamamaq üçün özünü toparlayır). Məndən inciməyin. Kiməsə çatmayanda mən vicdan əzabı çəkirəm. Mən elə bilirdim yardım etmək yaxşı bir şeydir, amma ən yaxşısı kiminsə vasitəsilə yardım etməkdir. Çünki dünən yardım paylayanda çatmayanlar çox pis oldu və mən onları elə gördüm, bu gecə səhərə kimi yata bilmədim".

Aysel
BAKU.WS
VİDEO