SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan ABŞ-ın İrs Fondunun hazırladığı “İqtisadi azadlıq indeksi”nə görə bu il mövqeyini 16 pillə yaxşılaşdıraraq dünyada 44-cü pilləyə yüksəlib.

Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məlumat verib. Onun sözlərinə görə, Azərbaycan dünyada “İqtisadi azadlıq indeksi”ni ən çox təkmilləşdirən 11 ölkə sırasındadır:

"Prezident İlham Əliyev tərəfindən aparılan sistemli iqtisadi islahatların daha bir beynəlxalq uğurunun şahidiyik. Çünki “İqtisadi azadlıq indeksi”nin tarixində Azərbaycan qədər irəliləyiş edən ikinci bir ölkə yoxdur.

Beləliklə, Azərbaycan əsasən azad ölkələrin sırasında mövqelərini daha da möhkəmləndirib. Azərbaycanın bu irəliləyişi biznes azadlığı, investisiya azadlığı və fiskal sağlamlıq göstəricilərinə görə əldə etdiyi nailiyyətlərə əsaslanır. Azərbaycan “İqtisadi azadlıq indeksi”nə görə Polşa, Belçika, Portuqaliya, İspaniya və Fransa kimi Avropa ölklərini geridə qoyub. Azərbaycan Avropa regionunda “İqtisadi azadlıq indeksi”ni ən çox yaxşılaşdıran ölkə kimi qiymətləndilib. Azərbaycanın “İqtisadi azadlıq indeksi” Avropanın orta göstəricisinə təxminən bərabərdir. Bu ildən etibarən “İrs Fondu” Azərbaycanı Asiya-Sakit okean deyil, Avropa ölkəsi kimi qiymətləndirib".

BAKU.WS