SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün gecə saatlarından başlayaraq Bakıda hava şəraiti kəskin dəyişib.

BAKU.WS xəbər verir ki, paytaxtın bəzi yerlərinə qar və sulu qar yağıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametindən də havanın kəskin dəyişəcəyi və qar yağacağı barədə bildirilmişdi.

Belə ki, Bakıda və Abşeron yarımadasında bu gün havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 0-3° isti, axşam 1° şaxta, Bakıda gecə və gündüz 0-2° isti, axşam 1° şaxta olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85% olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.

BAKU.WS
VİDEO

QALEREYA