SİZİN REKLAM BURADA!
055 213 76 73


"Nərminin qətli ilə bağlı müxtəlif şayiələr gəzir. Elə şeylər var ki, onu efirdən demək olmur. Amma bütün kəndin ağzında gəzən müəyyən şayiələr var. Hər halda kənd camatı nələrin olduğunu, nəyin baş verdiyini çox yaxşı bilir. Belə bir şayiə də var ki, Nərmin nəyinsə şahidi olduğuna görə onun aradan götürülməsi məqsədəuyğun hesab ediblər".

BAKU.WS xəbər verir ki, bu sözləri Zaur Baxşəliyev "BizimləSən" proqramında səsləndirib.

Daha sonra efirdə azyaşlının dəfnindən efirdə nümayiş olunan kadrlarda bir qadının "Vallah, cinayətkar içimizdədir!" deyə qışqırdığını eşidirik.

Qeyd edək ki, Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxs saxlanılsa da ad açıqlanmayıb. Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə apardığı istintaq nəticəsində cinayəti törədən şəxs müəyyən edilib.

O, artıq saxlanılıb. Məlumata görə, həmin şəxs Nərminin qohumu olan bir kişidir.

Gün ərzində dövlət qurumlarının məsələ ilə bağlı rəsmi məlumat yayacağı gözlənilir.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 21-də Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti elə həmin kəndin ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. 10 yaşlı qızın başından aldığı küt alətlə vurulan zərbədən öldüyü müəyyən edilib. Qızın kəllə sümüyündə 5 sınıq aşkarlanıb. Cinayətin digər təfərrüatları da məlum olub. Belə ki, Nərmin ayyarım əvvəl itkin düşdüyü paltarda tapılıb. O da müəyyənləşib ki, uşağı meyiti kənd ərazisində saxlanılırmış. Ehtimal edilir ki, Nərmin bu müddət ərzində zirzəmidə saxlanılıb. Kriminalistlər Nərminin yandırıldığı yerə yaxın ərazidə avtomobil təkəri izlərinə rast gəlməyiblər. Ehtimal edilir ki, qızın meyitini arabada gətiriblər. Cinayətkar qızın meyitini polietilen torbada hadisə yerinə gətirib və orada yandırıb. Nərminin dırnaqları tutulmuş olub. Operativ istintaq əməliyyat qrupu bu qənaətə gəlib ki, bunu qatil edib. Bunu o səbəbdən edib ki, qurbanı ona cinsi zorakılıq zamanı müqavimət göstərərək, xəsarət yetirməsin. Qızın meyiti qurşaqdan aşağı yanmış olub.Faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır. Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO