SİZİN REKLAM BURADA!
055 213 76 73


"Səni axtarıram" proqramında doğmalarını axtaran yaşlı qadının mərhum Xalq artisti Nəcibə Məlikovanın bacısı qızı olduğu üzə çıxıb.

BAKU.WS xəbər verir ki, Gülnaz Abbasova məşhur aktrisanın bacısının qeyri-rəsmi nikahdan dünyaya gətirdiyi övladıdır.

Gülnaz xanım 1951-ci ildə Maştağadakı 7 saylı Doğum Evində dünyaya gəlib. Doğulduqdan sonra ondan imtina edilib və elə xəstəxanadan birbaşa Maştağadakı uşaq evinə verilib.

Qadının sözlərinə görə, anası onu dünyaya gətirdikdən sonra ailəsi nikahsız doğulan uşağı saxlamağa icazə verməyib və onu uşaq evinə atmağa məcbur edib.  

Xatırladaq ki, görkəmli aktrisa Nəcibə Məlikova XX əsrin əvvəllərində Bakının tanınmış ziyalılarından biri olan Haşım bəy Sağibin qızıdır. O, həm də dövrünün xeyriyyəçi, maarifpərvər şəxsiyyətlərindən olub. Aktrisanın anası Xoşsima xanım da maarifpərvər qadın imiş. Onların dörd qız övladı olub. İki qızı Rübabə və Ruqiyyə tibb işçisi olublar. Nuriyyə xanım Peterburqda - Smolnı İnstitutunda təhsil almış ilk Azərbaycan qızlarından biridir. Nəcibə Məlikova isə sonradan tanınmış Azərbaycan akrtisası olub. İlk təhsilini əvvəlcə kənddə, sonra da şəhərdə alıb.

Nəcibə Məlikova eyni zamanda tarixi şəxsiyyət, 1925 — 1926 illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Ruhulla Axundovun bacısı qızıdır. 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO