SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmazda yaşayan İntiqam adlı şəxs 22 yaşlı tələbə qızı zorla qaçırıb.

BAKU.WS xəbər verir ki, hadisə 5 noyabr səhər saatlarında baş verib.

40 yaşlarında olan İntiqam evlidir və iki uşaq atasıdır. Onun qaçırdığı Abbasova Yeganə Akif qızı Pedaqoji universitetin Quba filialının 4-cü kurs tələbəsidir.

Yeganənin anası Rəna xanım qızını 11 gün axtardıqdan sonra "Səni axtarıram" proqramına üz tutub. Proqramın əməkdaşları onları Xırdalanda tapıblar.

İntiqam Yeganənin anasının efirə çıxdığını gördükdən sonra qızı sərbəst buraxmağa məcbur olub. Qızı polisə müraciət edəcəyi təqdirdə onun başını kəsəcəyilə hədələyib və özünün də sərhədi keçəcəyini bildirib.

Qeyd edək ki, Yeganənin anası Rəna xanım İntiqamın həyat yoldaşının mağazasında satıcı işləyib.

Zülfiyyə Qurbanova

BAKU.WS
VİDEO