SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) sədri İsgəndər Həmidov siyasətdən gedib.

BAKU.WS xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında İ.Həmidovun özü məlumat verib.

O, bu gün AXH-nin qərargahında son iclasının yekununda qərarını hərəkat üzvlərinə açıqladığını deyib:

“Həkimlərin məsləhətilə yenidən - üçüncü dəfə əməliyyat olunmalıyam. Artıq ayın 22-23-ü yenidən Türkiyəyə qayıdacağam. Ürəyimdə hələ 2 damar da tıxanmış qalıb. Onları bərpa etmək üçün əməliyyata ehtiyacım var. Artıq yaşlanmışam və həkimlərin də məsləhətilə siyasətdən uzaqlaşmalı oldum”.

BAKU.WS