SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Aygün Kazımova fransız DJ David Vendetta ilə birgə ərsəyə gətirdiyi "DUY" mahnısınının klipini təqdim edib. 


BAKU.WS-in məlumatına görə, ekran işində Vendetta və Aygün arasında səmimi mesajlaşmalar diqqət çəkir. Həmin mesajları “MTV” kanalının tamaşaçıları Azərbaycan dilində oxuya bilərlər. Dünya tamaşaçısı üçün isə klipi ingilis dilində "“NetD” musiqi kanalı təqdim edir.

Klipin rejissoru Fuad Əlişovdur. Sənətçinin obrazları üzərində Rufat İsmayıl, Ruxa və Tural Atayev çalışıb. 

Qeyd edək ki, "DUY" mahnısı A. Kazımovanın eyniadlı albomuna daxildir. Həmin albomda “S.U.S”, “Cücələrim”, “Əlbəttə”, "Toy boy", "Ona söylə" kimi mahnılar da daxildir. 

Hüseyn Məmmədsalahov
BAKU.WS