VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Xalq artisti Aygün Kazımovanın doğum günüdür. Sənətkarın 48 yaşı tamam olur. 

BAKU.WS-in məlumatına görə, təbrik yağışına tutulan sənətçi "Instagram"ındakı paylaşımında bu sözlərə yer verib:

“Həyat, keçdiyin hər dərsi öyrəndim. Bəzisindən əla qiymət aldım, bəzisindən sinifdə qaldım. Qəlbim qəlpələrlə dolu olanda belə üzüm güldü. Sevinclə döyünəndə onu sevdiklərimlə bölüşdüm. Keçdiyin dərslərindən nəticə çıxarmağı öyrəndim. Bu gün artıq çox hüzurluyam. Ən böyük güvən yerim, ən böyük ilham və ümid qaynaqlarımla birlikdə. Həyat, səni sevirəm”.

Doğum günündən bir gün əvvəl Rusiya-Azərbaycan parlamentlər arası dostluq qrupunun jurnalistinə müsahibə verən Xalq artisti maraqlı açıqlaması ilə də diqqət çəkib. Jurnalistin "Yaxın zamanda rusiyalı pərəstişkarlarınızı sevindirmək planınız varmı?" sualını ölkənin əsas ulduzu belə cavablandırıb:

"Artistə çörək vermə, qoy yeni konsertlər, böyük layihələrlə bağlı arzular qursun. Xoşbəxtlikdən mən təkcə arzulamağı yox, həm də onları gerçəkləşdirməyi bacarıram. Əgər eşitsəniz ki, mən Rusiyada rusiyalı ulduzlarla nəsə planlaşdırıram, təəccüblənməyin. Bir halda ki, Rusiyada, xüsusi ilə də Moskvanın özündə bir neçə milyon həmyerlim yaşayır. Və əlbəttə ki, mən onlarla görüşmək və onlar üçün oxumaq istəyirəm!".   

 

Var gücü ilə yeni layihələr üzərində çalışan Aygün Kazımova yaxın zamanda fransız dicey David Vendetta ilə ərsəyə gətirdiyi "Duy" adlı mahnısına çəkdirdiyi klipi təqdim etməyə hazırlaşır.  Pop ulduzun bundan əvvəl gürcü musiqiçi Kahaber Tsiskaridze ilə çəkdirdiyi "Əlbəttə" klipi də böyük marağa səbəb olmuşdu. Sözügedən mahnıların, eləcə də "Ona söylə", "Toy boy", "Cücələrim", və "S.U.S"un daxil olduğu "Duy" albomu Azərbaycanda ilk "EP" albom olmuşdu. 

Hüseyn Məmmədsalahov
BAKU.WS