055 213 76 73
Təhsil Nazirliyi riyaziyyat, informatika, fizika, kimya və bilogiya fənnlərindən azərbaycan və rus bölmələri üzrə orta məktəblərinizdə dərs deyən bir qrup müəllim üçün müvafiq ixtisaslara uyğun olaraq qapalı tipli test tapşırıqlarından keçirdiyi imtahanın nəticələri ötən həftənin ən çox müzakirə olunan mövzusu oldu. İttihamlara cavab verən nazirlik nümayəndəsi “İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqənin təşkili və keçirilməsində əsas məqsədin şagirdlərimizin beynəlxalq fənn olimpiadalarında nailiyyətlərinin yüksəldilməsi istiqaməsində töhfə verəcək müəllimlərin müəyyənləşdirilməsi, onların olimpiadalara hazırlıq prosesinə cəlb edilməsindən ibarət olduğunu bildirsə də, mövzu açıq qaldı.
1. "İstedadlı şagird üçün istedadlı müəllim" müsabiqəsini keçirən Təhsil İnstitutunun ( İnstitut uzun müddətdir ki, rəhbərsiz qalıb) saytında 29.11.2018 tarixli elan yerləşdirilib və orda İştirakçılara 3 saat ərzində kağız formatda 20 qapalı tipli test tapşırığının təqdim olunacağını yazsa da (https://www.arti.edu.az/az/newsd/399-muallimlar-arasinda-musabiqa-kecirilacak), müsabiqədə riyaziyyat, fizika, biologiya fəninin hər birindən 25 test tapşırığı, kimyadan 30 test tapşırığı, informatikadan 20 test tapşırığı təqdim olunub. Bu təşkilatçıların nə qədər qeyri-peşəkar və məsələdən anlayışlı, məsələyə ciddi yanaşdıqlarının göstəricisidir. Yəni elanda bir say, müsabiqədə başqa bir say ortaya çıxır.
2. Yuxarıda qeyd olunmuş elanda da iştirakçıları nəyin göslədiyini demişdilər. Yəni iştirakçılara deyilmişdi ki, sizə ixtisas fənnindən və çətinliyi artırılmış olimpiada tipli suallar təqdim olunacaq. Lakin nazirliyin əməkdaşları deyir ki, müəllimlər imtahana gələndə onlara necə suaların veriləcəyini bilmirdilər. Onlara xatırladım ki, BŞTİ qabaqcadan məktəblərə imtahanın könüllü olması, sualların məktəb proqramından kənar və xeyli çətin olacağı haqqında məlumat göndərmişdi. Hətta iştirakçı müəllimlərı yaxından məlimatlandırmaq məqsədi ilə onlara 2017-2018- ci il üçün keçirilən olimpiada suallarının nümunələri və olimpiada suallarının izahlı cavablarının olduğu xüsusi vəsait təqdim etmişdi. Bu vəsaitlər haqqında BŞTİ-nin 18 nömrəli məktəbdə keçirdiyi iclasda məktəb direktorlarına ətraflı məlumat verilməsini də geniş pəncərədən dərindən baxanlara xatırladım. Həmin müəllimlərin kifayət qədər məlumatı var idi ki, onları təkcə pul mükafatı gözləmir. Hətta imtahanda hər müəllim iştirak etmirdi, imtahana seçilmiş müəllimlər göndərilmişdi.
3. Nazirliyin “Müəllimləri tənqid edənlər heç olimpiada sualı görməyiblər” deyən əməkdaşı ardınca deyir ki, bu müsabiqədə onlar yeni müəllim tanıyıblar. O Neftçala rayonunun Xıllı qəsəbə 1 saylı orta məktəbin müəllimi Seyran Səfərovdur (adını o demədi, mənim müəllimim olduğu üçün yazıram).
4. Etiraf edək ki, müəllimlərdə yeni təfəkkür tərzi formalaşmır, onlar keçmişin təsirindən uzaqlaşmırlar, bizim müəllimlər köhnə dünyagörüşü ilə işləyir. Təhsil müəssisələrinin rəhbərləri isə bu problemləri məktəb şuralarında, pedaqoji şuralarda müzakirə etmir, lazımi tədbirlər həyata keçirmirlər. Söhbət şаgirdlərə akademik biliklər vеrməkdən dеyil, əmək vərdişləri, yaşamaq, dəyişən dünyaya uyğunlaşmaq bacarıqlarının aşılanmasından gedir.
Gəlirəm nazirlik rəsmisinin müəllimləri tənqid olunması fikrinə, sizin qədər onlara qarşı hörmətsizlik edən, onları təhqir edən ikinci bir qrum yoxdur. Siz ancaq formallıq xətrinə müəllimləri tədbirə dəvət edirsiz. Siz onları DQ, MİQ imtahanları ilə bir birə qarşı qoyursuz, onların problemlərində yanında olmursunuz. MİQ imtahanından keçib gedən müəllimin başına direktorların problem açanda yanlarında olmursuz, onlara direktor az dərs saatı verəndə yanında olmursuz və s.
Gəlim indi statistik məlumatlara:
2010-2016-cı illərdə beynəlxalq olimpiadalarda 111 medal qazanılıb. Ən çox medal riyaziyyat fənni üzrə qazanılıb.2017-ci ildə keçirilən Beynəlxalq riyaziyyat olimpiadalarında şagirdlər 1 qızıl, 8 bürünc medal, 2 həvəsləndirici sertifkart alıblar, amma 2018-ci ildə ali təsilli, neçə illik stajı olan müəllimlər o tipli suallara cavab verməkdə çətinlik çəkiblər.
Maraqlıdır ki, 2016-2017-ci tədris ilində Tailandda keçirilən 49-cu kimya olimpiadasında 1 qızıl, 1 gmüş, 1 bürüc medal qazanılıb. Amma 15 dekabrdakı imtahanda ali təhsilli müəllimlər bu nəticəni göstərə bilməyiblər müvafiq fənn üzrə.
2013-2017-ci illərdə beynəlxalq olimpiadalarda şagirdlər 3 qızıl, 21 gümüş, 85 medal qazanmaqla ümumilikdə 109 medal qazanıblar.
1994-2017-ci illərdə illərdə beynəlxalq olimpiadalarda şagirdlər 314 medal (28 qızıl, 80-i gümüş, 206-sə bürünc) qazanıblar.
2014-2015-ci tədris ilində 23 medal, 2015-2016-cı ilində 28 medal, 2016-2017-ci tədris ilində 38 medal qazanıblar.
2017-ci ildə Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 2 qızıl, 6 gümüş, 30 bürünc medal olmaqla ümumilikdə 38 medal qazanıblar.
Amma 2018-ci ildə olimpiada tipli suallara mindən çox müəllimin verdiyi cavab bu göstəricidən aşağıdır. Deməli bu faktdır ki, təkcə ali məktəblərə qəbul imtahanlarının uğurlu nəticəsi məktəbdən kənar fəaliyyətin nəticəsi deyil, həm də olimpiada nəticələri də təhsil sisteminin nəticəsi deyil. Çünki təhsil sistemində çalışanların nəticəsi onlardan aşağıdır.
Biz hətta bu nəticələr ilə DQ nəticələrini müqayisə edəndə xoşagəlməz bir mənzərənin şahidi oluruq. Misal üçün: 2015-ci ildə Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Cəlilabad, Hacıqabul, Xaçmaz, İmişli, Qubadlı, Masallı, Saatlı, Sabirabad rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 26.000-ə yaxın müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmişdir. 25989 müəllimdən 25693-ü (98,86%) imtahanlarda iştirak etmişdir. 25 693 müəllimdən 28 nəfəri 100% nəticə göstərmişdir. 262 nəfər 10 faizdən aşağı nəticə toplamışdır. Bu sizə nəsə demir?
BAKU.WS