SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS
5 yanvar tarixinin qoroskopunu təqdim edir: 


Qoç - əgər fəaliyyətlə bağlı ciddi bir işiniz yoxdursa, günün əsas hissəsini gəzinti və qonaqlıqlarda keçirin. Sevən aşiqlərsə mütləq görüşə çıxmağa çalışmalıdır. Daxili gücünüzə inamınızı azaltmayın.

Buğa – qarşınızda ayın ən uğurlu günlərindən biri durur. Bu səbəbdən də verilmiş imkanlardan istifadə edin. Günün ilk yarısında qazanmaq ehtimalınız da var. Hər hansı düşmənçilikdən çəkinin.

Əkizlər - təxminən saat 15-ə qədər ümumi ovqatınızda gərginlik müşahidə oluna bilər. Bu səbəbdən də həmin ərəfədə riskli işlərin həllini təxirə salın. Sonrakı müddət qismən sakit keçəcək. Güzəştə getməyi bacarın.

Xərçəng - dünən axşamdan mənfi enerjili Ay bürcünüzdə qərar tutsa da, rastlaşdığınız hadisələr ovqatınızın mənfi müstəviyə yönəlməsinə imkan verməyəcək. Yanvarın bütün planlarını məhz bu gün tutmalısınız.

Şir - ulduzların düzümü şəxsi büdcənizi artırmaq üçün geniş imkanlarınızın olduğunu bəyan edir. Ələlxüsus da çoxdan bəri ala bilmədiyiniz məbləği əldə etmək üçün fəallaşmalısınız. Axşama maraqlı görüşləriniz mümkündür.

Qız - son zamanlar az qala hamı fikirlərinizə qarşı çıxır. Lakin narahatçılığa heç bir əsas yoxdur. Çünki nahardan sonra hərəkətlərinizdə əsasən haqlı olduğunuzu çoxları hiss edəcək. Yeni ilə yeni güclə başlayın.

Tərəzi – qarşınızda duran bu təqvim sizin üçün çox uğurlu keçməlidir. İstər əməkdaşlıq zəminində və işgüzar sövdələşmələrdə, istərsə də qarşılıqlı münasibətlərdə hər şey ürəyinizcə olacaq.

Əqrəb - çoxdan görüşmədiyiniz adamlarla rastlaşa bilərsiniz. Amma çalışın ki, onlara giley-güzardan yox, sevindirici məqamlardan danışasınız. İndi problemi danışmaqla həll etmirlər. Ümumiyyətlə, bu gün müdrik olun.

Oxatan - əsas gücünüzü sevgi amilinə yönəldin. Çünki bu gün yeganə rahatlığı məhəbbətdə tapacaqsınız. Ünsiyyətdə olduğunuz digər insanlarla isə ciddi mübahisələriniz gözlənilir, xüsusən də həmkarlarınızla.

Oğlaq – səhhətinizi kontrolda saxlasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Fəaliyyət zəminində isə bir neçə yeniliyin şahidi olacaqsınız. Yeni təkliflərlə razılaşın, təşəbbüskar olun.

Dolça - bəri başdan yeni və sevindirici xəbərlərə hazır olun. Yaxın ünsiyyətdə olduğunuz şəxslərlə münasibətləri mülayimləşdirin. Dara düşən simsarlarınıza, dostlarınıza yardım əlinizi uzadın.

Balıqlar - tanrının qüdrətini duymaq üçün gözəl vaxtdır. Tövbə etmək, nəzir vermək, xeyirxahlıq etmək, yaxud da sadəcə, ziyarətə getmək əsəblərinizi xeyli sakitləşdirə bilər. Bundan maksimum yararlanın.

BAKU.WS