SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxs tutulub.

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Bu barədə zərərçəkən 21-ci Polis Bölməsinə məlumat verib. Qadın izahatında naməlum şəxsin içərisində mobil telefon, pul və digər şəxsi əşyaları olan çantasını ələ keçirərək hadisə yerindən qaçdığını bildirib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Heydərov saxlanılıb.

O, ifadəsində törətdiyi cinayəti etiraf edib. Onun Nəsimi rayonu ərazisində daha bir qadına qarşı soyğunçuluq etdiyi və zərərçəkənin içərisində 80 manat olan çantasını əlindən aldığı da məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları Şahin Heydərovun digər analoji cinayətlər törətdiyini istisna etmirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS