VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sambo üzrə dünya çempionatında ikinci günündə həmyerlimiz uğurlu nəticə əldə edib. 


BAKU.WS-in məlumatına görə, azərbaycanlı samboçu Bəxtiyar Abbasov (82 kq) erməni samboçu Davit Petrosyanı məğlub edib. 

Qeyd edək ki, Bəxtiyar Abbasov üç il əvvəl Moskvada keçirilmiş Anatoli Xarlampiyevin xatirəsinə həsr olunan Dünya Kubokunda bürünc medal qazanmışdı. O, çıxış etdiyi 90 kq çəki dərəcəsində çempion olmuş Aşot Danielyana görə səslənən Ermənistan himninə etiraz əlaməti olaraq çöməlmişdi. Həmin vaxt Beynəlxalq Sambo Federasiyası idmançının hərəkətini qəbulolunmaz olduğunu bildirsə də, Bəxtiyar Abbasov uşaq yaşlarından erməni təcavüzünü yaşamış bir şəxs kimi bu hərəkəti bilərəkdən etdiyini bildirmişdi. 

Hüseyn Məmmədsalahov
BAKU.WS