SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Dərnəgül qəsəbəsində məktəblilərin döyülməsi faktı qeydə alınıb. 


BAKU.WS-ə müraciət edən paytaxt sakini məktəbli uşağın müəllim tərəfindən döyüldüyünü iddia edir. 


Bildirilir ki, hadisə Dərnəgüldə yerləşən məktəblərdən birinin qarşısında baş verib. Kadrlardan da göründüyü kimi yaşlı kişi uşaqları vurur.


Həmin döyülmə anı ətrafdakı müşahidə kamerasına tuş gəlib. Redaksiyamıza müraciət edən şəxs döyülən uşağın xəsarət aldığını bildirib.


Hadisə şahidinin sözlərinə görə, müəllim Cəbrayıl rayon Qovşudlu kənd tam orta məktəbində çalışır. 
 

Hadisə yerindən görüntünü təqdim edirik: 


Abbas
BAKU.WS