SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Nərimanov rayonunda yerləşən mağazalardan birində oğurluğa cəhd olub.


BAKU.WS xəbər verir ki, hadisə oktyabrın 20-də gecə saat 3 radələrində, Bakıxanov küçəsində yerləşən avtomobil mağazasında qeydə alınıb.


Hadisənin görüntülərini BAKU.WS-in “qaynar xətti”nə göndəriblər. Videodan da göründüyü kimi mağazanın qapısını zorla açamağa çalışan 2 şəxs avtomobilin gəldiyini görüb, ərazidən uzaqlaşıblar.


Obyektin sahibi bu hadisənin yenidən təkrarlanacağından ehtiyat etdiyinə görə polisə müraciət edib. Faktla bağlı 18-ci polis bölməsi tərəfindən araşdırma aparılır.


Cavid Babayev
BAKU.WS